Məşhur serialda inanılmaz səhv

Məşhur serialda inanılmaz səhv
8219 dəfə oxunub
  • A-
  • A
  • A+
TRT1-də yayımlanan “Milat” serialında çəkilən aktrisa Burcu Karanın başına iş gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ekran işində yol verilən xəta nəticəsində aktrisanın mobil telefon nömrəsi minlərlə tamaşaçının əlinə keçib. Belə ki, Burcunun tərəf müqabili İsmayıl Filiz çəkiliş zamanı aktrisanın serialdakı rolu olan Gökçəyə zəng edib.
 
Bu zaman telefonun ekranındakı rəqəmlər mozaiklə örtülməyib və B.Karanın nömrəsi yayılıb. 24 saat ərzində minlərlə zəng qəbul edən Burcu əvvəlcə nömrəsinin necə aşkarlandığını bilməsə də, daha sonra hər şeyi başa düşüb. Telefon nömrəsini dəyişməyi düşünən aktrisa daha sonra fikrindən daşınaraq, tanımadığı zəngləri qəbul etməməklə kfayətlənib.

Qeyd edək ki, İ.Filiz mobil telefonuna Gökçə adı altında Burcunun həqiqi nömrəsini qeydiyyata salıb.