Birinci xanım bu dəfə qızları ilə İtaliyada - fotolar

Birinci xanım bu dəfə qızları ilə İtaliyada - fotolar
2263 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın birinci xanımı Mişel Obamanın beynəlxalq turnesi davam edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, birinci xanım qızları Saşa və Maliya ilə birlikdə İtaliyadadır. İki günlük rəsmi səfəri çərçivəsində prezident Barak Obamanın ailəsi Milanda baş tutan “Expo-2015” beynəlxalq sərgisinə qatılıb. Mişel Obama Milandan sonra Venesiyaya yola düşəcək.

Xatırladaq ki, ABŞ-ın birinci xanımı daha əvvəl Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində şahzadə Harri ilə görüşmüşdü.