Müğənnilərin qarşısına lüt çıxdı - Mehmet Əli Ərbildən biabırçı hərəkət

Müğənnilərin qarşısına lüt çıxdı - Mehmet Əli Ərbildən biabırçı hərəkət
15341 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Mehmet Əli Ərbil “Star”da başlayacaq “Çarkıfelek” verilişinin çəkilişləri üçün hazırlıq zamanı qalmaqala səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumen kulisdə olan, proqramına qonaq kimi dəvət etdiyi müğənnilər Yıldız Tilbe ilə Robert Hatemonun qarşısına lüt çıxıb. Belə ki, alt paltarı geyinməyən Mehmet Əli Robertin qarşısına keçərək rəqs etməyə başlayıb.

Şoumenin bu hərəkətindən bərk əsəbləşən Yıldız “Əxlaqsız, tərbiyəsiz, utanmaz! Sənin nəvələrin uşaqların var” deyərək studiyanı tərk edib. Bu səbəbdən verilişin çəkilişləri baş tutmayıb.

M.Ə.Ərbil isə özü bu haqda “Yıldızın problemləri var. Studiyaya gec gəldi, çəkiliş olmadı”, - deyə açıqlama verib.