Övladını Marsda dünyaya gətirmək istəyir – fotolar

Övladını Marsda dünyaya gətirmək istəyir – fotolar
2089 dəfə oxunub
  • A-
  • A
  • A+
Mars planetinə köçmək istəyən astrofizika ixtisası üzrə təhsil alan Maqqi Lieu körpəsini də kosmosda dünyaya gətirmək niyyətindədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Mars One” şirkətinin 2012-ci ildə elan etdiyi və ümumi dəyəri 6 milyard dollar olan Qızıl planetdə koloniya qurmaq planı üçün müraciət edənlərin sayı artıb. Onlardan biri də 24 yaşlı tələbə Maqqidir.

O, kosmosa göndərilərsə, orada uşaq dünyaya gətirməyi planlaşdırır. Müsahibədən keçənlər 9 il ərzində müxtəlif təlim görəcək və yalnız 2024-cü ildə Yer kürəsini tərk edəcəklər.