Xərçəngdən və narkotikdən xilas olmuş məşhurlar - siyahı+fotolar

Xərçəngdən və narkotikdən xilas olmuş məşhurlar - siyahı+fotolar
5579 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kəs kimi məşhurlar da sağlamlıqlarından tam sığortalanmırlar.

Onların bəzisi xərçəngdən, depressiyadan, narkotik və alkoqol asılılığından uzun müddət əziyyət çəkib.

Axşam.az Rusiya mediasına istinadən xəstəliklərə qalib gəlmiş məşhurların siyahısını təqdim edir.



Aktyor Hyu Cekman 2013-cü ildə burnunda olan xərçəng şişini kəsdirib.



Aktrisa Keti Beyts yumurtalıqlarında olan xərçəngi müalicə edib. Daha sonra döş xərçəngi ilə bağlı iki əməliyyat keçirib.



Müğənni Britni Spirs narkotik və alkoqol asılılığından uzun müddət müalicə olunub.



Aktyor Samuel L.Cekson heroin və kokain asılılığına görə 1991-ci ildə bərpa kursu keçib.



Müğənni Demi Lovato da alkoqol və narkotik asılılığına görə hətta depresiyaya düşərək damarlarını kəsib.



Aktrisa Dryu Berrimor artıq 13 yaşında narkoman olmuşdu. Lakin sonra o, bu asılılıqdan xilas olub.



Müğənni Kayli Minouq 2005-ci ildə özündə aşkar etdiyi süd vəzisinin xərçənginə görə 8 ay müalicə alaraq sağalıb.



Müğənni Rod Stüart da xərçəngdən müalicə olunub.



Müğənni Erik Klepton karyerasının başlanğıcında heroin aludəçisi olub.



Velospiedçi Lens Armstronqa 1996-cı ildə yumurtalıqlarında xərçəng diaqnozu qoyulub. Daha sonra bu xəstəlik beyninə, ciyərlərinə və qarın boşluğuna yayılıb. Həkimlər heç bir ümid verməsələr də, o, xəstəliyə qalib gəlib.



2003-cü ildə aktyor Robert de Nironun prostatında xərçəng xəstəliyi aşkarlanıb. Lakin xəstəliyin ilkin mərhələsi olduğu üçün o, xilas ola bilib.
 


Aktyor Maykl Duqlasın dilində xərçəng xəstəliyi aşkarlanıb. Lakin o da müalicə olunub.



Gitaraçı Sleş alkoqoldan və narkotikdən istifadə etdiyi üçün artıq 35 yaşında ürəyində problemlər yaranıb.



Aktrisa Emma Stoun 8 yaşından "panik hücum" sindromundan əziyyət çəkir. Hazırda bütün diqqətini işinə verdiyi üçün o, bunu unudur.



Müğənni Stiven Teylor 22 il narkotikdən və alkoqoldan asılı olub. Hazırda isə qəbul etdiyi müalicəvi dərmanların aludəçisinə çevrilib.



Modelyer Viktoriya Bekhem "Spice Girls" qrupunda olduğu zamanlarda ciddi qida pozğunluğundan əziyyət çəkib.



Müğənni Elton Con 1990-cı ildə bulemiya və kokain asılılığından əziyyət çəkib.



Repçi Eminem antidepresant dərmanlardan uzun müddət asılı olub.



Aktyor kiçik Robert Dauni hətta narkotikə görə həbs də olunub.