Dünyanın ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı öldü
2704 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən yaşlı insanı hesab edilən amerikalı Ceralien Telli 116 yaşında həyatla vidalaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sonuncu ad gününü bir ay bundan əvvəl qeyd edən Ceralien Miçiqandakı evində ölüb. Bu yaxınlarda o, ağciyərindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

1899-cu ildə Montrouz şəhərində dünyaya gələn Telli 1930-cu ildən Miçiqanda yaşayır. Onun həyat yoldaşı 1988-ci ildə 95 yaşında vəfat edib. Çoxlu hobbisi olan Ceralien 104 yaşınadək boulinq oynayıb.

O, “Dünyanın ən yaşlı insanı” titulunu apreldə amerikalı Gertrud Uiverin 116 yaşında dünyasını dəyişməsindən sonra əldə edib. Uiver isə həmin titulu aprelin əvvəlində yaponiyalı Misao Okavanın 117 yaşında vəfatından sonra almışdı. Gertrud bu titulla cəmi 5 gün yaşayıb.