“Pişik qadın” uzun fasilədən sonra ortaya çıxdı – fotolar

“Pişik qadın” uzun fasilədən sonra ortaya çıxdı – fotolar
6613 dəfə oxunub
  • A-
  • A
  • A+
Çoxsaylı plastik əməliyyatlardan sonra “Pişik qadın”a çevrilən və bu adla tanınan 74 yaşlı Coselin Vildenşteyn uzun fasilədən sonra ortaya çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ”Pişik qadın” dizayner sevgilisi Lloyd Klyanla gəzinti zamanı obyektivlərə tuş gəlib. Paparassiləri görən Lloyd sevgilisinin narahat olmaması üçün salfetlə onun üzünü örtməyə çalışıb.

Qeyd edək ki, Coselin illər əvvəl ərinin çox sevdiyi pişiklərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. 7 əməliyyatdan sonra istədiyi görünüşə sahib ola bilməyən “Pişik qadın” nikahını xilas edə bilməyib və milyonçu həyat yoldaşı Alek Vildenşteyndən boşanıb. O, daha sonra L.Klyanla tanış olub. 74 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edib. Cütlük artıq 5 ildir ki, bir yerdədir.