TRT azərbaycanlı rejissorları müsabiqəyə dəvət etdi

TRT azərbaycanlı rejissorları müsabiqəyə dəvət etdi
751 dəfə oxunub
  • A-
  • A
  • A+

Telekanalın Bakı təmsilçisi Yüksel Değercan azərbaycanlı sənədli film prodüserlərini  "TRT Sənədli Film Mükafatı-2013" müsabiqəsində iştiraka dəvət edib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, dünyanın hər yerindən telekanallarda çalışan sənədli film rejissorları TRT sənədli film mükafatı müsabiqəsinin qalibi olmaq uğrunda mübarizə aparacaqlar.

Həvəskar və professional sənədli film rejissorlarını dəstəkləmək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək, rejissorlar arasında fikir mübadiləsinə imkan yaratmaq məqsədi daşıyan "TRT Sənədli Film Mükafatı-2013" üçün müraciətlər ötən ilin noyabrın 1-dən başlayıb.

Milli və beynəlxalq olmaqla iki kateqoriyada reallaşdırılan TRT sənədli film mükafatlarında ilk yarımfinalı keçən filmlər mayın 9-dan 13-dək İstanbulda təşkil ediləcək TRT sənədli film günlərinin final gecəsində rejissorların iştirakı ilə tamaşaçı auditoriyasına təqdim ediləcək. Müraciətlər yanvarın 25-dək qəbul ediləcək.