"İtalyansayağı xoşbəxtlik" nümayişə hazırdı

"İtalyansayağı xoşbəxtlik" nümayişə hazırdı
1352 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, hazırlıq işləri yekunlaşmaqda olan səhnə əsəri görkəmli İtalyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin motivləri əsasında hazırlanan “İtalyansayağı xoşbəxtlik” tamaşasıdır.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Məhərrəm Musayev və başqaları ifa edəcəklər.

Tamaşaya baxış iyunun 6-da keçiriləcəkdir.