Qılıncoynatma yarışlarına yekun vurulub

Qılıncoynatma yarışlarına yekun vurulub
783 dəfə oxunub
  • A-
  • A
  • A+

Qılıncoynatma yarışlarının sonuncu gününə start verilib.

Axşam.az-ın məlumatına görə, bu gün kişilər şpaqa və rapira, qadınlar sablya növü üzrə komanda yarışlarında qüvvələrini sınayacaqlar.

Azərbaycanı kişi şpaqaçılar və qadın sablyaçılardan ibarət komandalar təmsil edəcək. Hər iki komanda mübarizəyə dörddəbir finaldan başlayacaq. Qadın komandamız Ukrayna, kişilərdən ibarət komandamız Rusiya idmançıları ilə qarşılaşacaq.
_________________

Kişilərin şpaqa ilə komanda yarışlarında Rusiya qılıncoynadanlarına 26:45 hesabı ilə məğlub olan Azərbaycan millisi mükafatlar uğrunda mübarizəni dayandırıb.

Qadın idmançılarımız da sablya yarışında Ukrayna komandasına ciddi müqavimət göstərə bilməyib və 24:45 hesabı ilə uduzublar.

Daha sonra kişi şpaqaçılarımız Macarıstan komandasına 37:45 hesabı ilə uduzaraq altıncı yerlə kifayətlənməli olublar. Qadın sablyaçılarımız isə Polşa yığması üzərində 45:41 hesabı ilə qələbə qazanaraq yarışı beşinci yerdə başa vurublar.
_________________

Qılıncoynatma yarışlarına yekun vurulub.

Kişilər sablya və rapira, qadınlar şpaqa növü üzrə komanda yarışlarında qüvvələrini sınayıblar.

Kişilərin sablya yarışlarında Fransa komandası birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiya kollektivi ikinci, İtaliya qılıncoynadanları üçüncü olublar. Rapira yarışlarında isə Böyük Britaniya atletləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İtaliya təmsilçiləri gümüş, rusiyalı atletlər isə bürünc medallara sahib olublar.

Qadınların şpaqa yarışlarında Ukrayna idmançıları bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. İtaliya kollektivi yarışı ikinci, Rusiya yığması isə üçüncü pillədə başa vurub.