Türkiyəli aktyor Azərbaycan filmində çəkiləcək

Türkiyəli aktyor Azərbaycan filmində çəkiləcək
1126 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə “20 dəqiqə”, “Yabancı damat” kimi seriallarla məşhur olan aktyor İlkər Aksun Azərbaycan filmində çəkiləcək.

Axşam.az-ın məlumatına görə, bu barədə Aksun  “Onlar” verilişinə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı rejissor Namiq Ağayevlə dostluq edirlər:

“Çəkildiyim serialların Azərbaycanda çox sevildiyini bilirəm. Rejissor Namiq Ağayevlə yaxın dostluğumuz var. Bilirəm ki,  Azərbaycanda seriallar inkişaf edir. Ona görə də birlikdə layihə hazırlayacağıq. Yaxın günlərdə yeni Azərbaycan filmində rol alacağam”.