Bağlanış gününün yarışları - siyahı

Bağlanış gününün yarışları - siyahı
1976 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı 2015 ilk Avropa Oyunlarının son günündə də idmançıların gərgin mübarizəsi davam edəcək

Axşam.az bağlanış günündə baş tutacaq oyunların siyahısını təqdim edir:

Heydər Əliyev adına İdman Arenasında bazar günü keçiriləcək komanda yarışı üzrə medal təyin olunan vaxt, qadınlar arasında keçirilən fərdi cüdo yarışının ilk günlərindən bəri üstünlük qazanmiş Almaniya yığmasının çıxışını izləməyə dəyər.

Alman idmançıları cüdo yarışlarında güclü iradə nümayiş etdirərək böyük təəccüb yaradıb. Bu, əsasən də Fransanın Bakı 2015-ə yeddi çəki kateqoriyasında Avropa çempionu olmuş dörd müdafiəçi ilə qatıldığı üçün diqqəti daha çox cəlb edib.

Badminton, kişilər arasında təklər yarışı, saat 12:00-dan, qadınlar arasında təklər yarışı saat 13:00-dan, qarışıq cütlər arasında isə saat 14:00-dan etibarən.

Əsasən ən yaxşı oyunçuları Danimarkadan olan Avropanın badminton idmançıları bazar günü Bakı İdman Zalında keçiriləcək yarışlarda üç qızıl medal uğrunda mübarizə aparacaqlar.

Danimarkalı Lin Kjaersfelt qadınlar arasında baş tutacaq təklər üzrə final mərhələsində azarkeşlərin favoriti olan belçikalı badmintonçu Lian Tan ilə üz-üzə gələcək. Digər danimarkalı idmançı Emil Holst isə kişilər arasında təklər üzrə yarışın ən yaxşı badmintonçusu olaraq qızıl medala sahib olub. Onun rəqibi ispaniyalı Pablo Abiyan olub.

Bakı 2015 ilk Avropa Oyunlarının badminton idman növü üzrə yarışlarına xitam verən qarışıq cütlər finalında danimarkalı cütlük Niklas Nohr və Sara Zigezen, Fransadan olan Getan Mittelhayzer və Odri Fontan ilə qarşılaşacaq.

Voleybol yarışı, kişilər arasında final mərhələ, 13:00-dan etibarən

Bakı 2015-də baş tutan 75 qarşılaşmadan sonra, nəhayət ki, qızıl medal uğrunda mübarizədə Bolqarıstan və Almaniya üz-üzə gələcək. Bolqarlar 5 setlik görüşdən sonra Polşa yığmasına qalib gələrək finala yüksəlib. Belçikalı Vital Heynenin alman rəqibi son iki oyunda rusları məğlub etməklə, qrup mərhələsində yeganə komandanı da oyundan çıxara bilib. Dünya reytinqi cədvəlində 7-ci yerdə olan Almaniya yığması qalib gəlmə ehtimalı olan favorit komandalar sırasında olsa da, bolqarıstanlı voleybolçular qalibiyyət üçün olduqca iddialıdırlar .

Çimərlik futbolu yarışı, bürünc medal uğrunda 14:30-dan, qızıl medal uğrunda mübarizə isə 16:00-dan etibarən

Birinci Avropa Oyunlarının çimərlik futbolu üzrə son 4 komanda arasında final mərhələsi bazar günü baş tutacaq. Yarışda İtaliya, İsveçrə, Portuqaliya və Rusiya iştirak edəcək və medal uğrunda mübarizəyə aparacaqlar.

BMX velosiped idmanı yarışları, qadınlar arasında final mərhələ 15:40-dan etibarən, kişilər arasında mübarizənin final mərhələsi 16:30-dan etibarən

Bazar günü keçiriləcək BMX velosiped yarışında bütün gözlər Hollandiyalı Laura Smuldersin üstündə olacaq. Belə ki, xanım idmançı, cümə günü ba tutmuş zamana qarşı yarışın final mərhələsində seçmə mərhələni adlaya bilməsə də, 2012-ci il London Olimpiya Oyunlarının bürünc medal mükafatçısı qadınlar arasında BMX yarışlarında iştirak edib. Smuldersin sözlərinə görə, zədədən sonra tam enerji ilə mübarizəyə qoşulmaqla o, 395 metrlik cığırda BMX Veloparkında belçikalı Elke Vanhof və danimarkalı Simone Kristensenlə görüşəcək.

Kişilər arasında mübarizəsində, Fransa Amido Mir və dünya reytinqində 4-cü olmuş Joris Dodenin mükafatlandırma kürsüsünə çıxacağından əmindir, holland Tvan Van Qendt isə cümə günü baş tutmuş yarışda mükəmməl nəticə ilə 3-cü yerdə qərarlaşıb.