"Bakı 2015"in açılış və bağlanışına nə qədər xərclənib?

"Bakı 2015"in açılış və bağlanışına nə qədər xərclənib?
4549 dəfə oxunub
  • A-
  • A
  • A+

I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin xərci 100 milyon manatdan az (95 milyon dollar) məbləğdə qiymətləndirilir.

Axşam.az-ın Trend-ə istinadən məlumatına əsasən, bu barədə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov TASS agentliyinə açıqlamasında deyib.

Xatırladaq ki, əvvəl bəzi mətbuat orqanları TASS-a istinadən açılış və bağlanış mərasimlərinə təqribən 240 milyon manat (229 milyon dollar) vəsaitin xərclənməsi barədə məlumat yaymışdı.

TASS-ın məlumatına əsasən, A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimlərinə büdcədən əlavə məbləğ tələb olunmayıb və xərclər 100 milyon manatdan (95 milyon dollar) az olub.