Qadağa bitmədi

Qadağa bitmədi
3355 dəfə oxunub
  • A-
  • A
  • A+
I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanmış, nəqliyyatın hərəkəti müəyyən qədər məhdudlaşdırılmışdı. İyunun 1-dən başlayaraq isə rayon qeydiyyatında olan nəqliyyat vasitələri paytaxta buraxılmayıb. Artıq I Avropa Oyunları yekunlaşdı. Maraqlıdır, bu gündən etibarən məhdudiyyətlərə son qoyulacaqmı yoxsa hazırkı vəziyyət bir neçə gün də davam edəcək?

Axşam.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirdi:

“Şəhərimizə gələn qonaqların tarixi abidələr və mədəniyyət ocaqları ilə, eləcə də şəhərimizlə yaxşı tanış olmaları üçün biz mümkün olan şəraiti yaratmalıyıq. Bununla bağlı ola bilsin ki, bəzi məhdudiyyətlər tətbiq edilsin. Əlavə məlumat verəcəyik. Sürücülərimiz bilməlidir ki, hələ ki, iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkətində nəzərdə tutulmuş məhdudiyyətlər, eləcə də Avropa Oyunları üçün çəkilmiş zolaqlarla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək”.