Xoşqədəm Hidayətqızı: "Qadınlar yaşlanmağı sevmir"

Xoşqədəm Hidayətqızı: "Qadınlar yaşlanmağı sevmir"
6274 dəfə oxunub
  • A-
  • A
  • A+

Müsahibimiz “Üç Nöqtə” qəzetinin baş redaktoru, “Atv” telekanalında yayımlanan “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızıdır.

Yanvarın 13-də növbəti doğum gününü qeyd edəcək Xoşqədəm xanımla elə bu mövzuda danışdıq.

- İlk olaraq qarşıda gələn doğum günü münasibətilə sizi təbrik edirik. Bu il ad gününüzü necə qeyd etməyi düşünürsünüz?

- Hər il doğum günümü adi qaydada qeyd edirəm. Həmin gün ya evdə, ya da ki işdə oluram. Bu il ad günümü harada, necə qeyd edəcəyim haqda hələ ki, düşünməmişəm. Bazar günü “Səni Axtarıram” ın çəkilişi olduğundan ad günümdə də iş başında olacağam. Yəqin ki,  doğum günümü də “Səni Axtarıram” və “Üç Nöqtə” qəzetinin əməkdaşları ilə birgə qeyd  edəcəyəm.

- Bu il daha çox kimdən hədiyyə gözləyirsiniz?

- Hədiyyəni çox sevirəm. Amma mənim üçün onun böyük-kiçikliyi önəm daşımır. Hədiyyə sənə verilirsə, deməli, o dəyərlidi. Səni Axtarıram” ın kollektivindən nəsə gözləyirəm. Görək, kollektivimiz efir günü mənə nə sürpriz edəcək. Sürprizləri çox sevirəm. Əgər belə bir şey baş versə, məmnun olaram.

- Ötən ad gününüzdə sizin üçün ən önəmli hədiyyə nə oldu?

- Rəhmətə gedən iki qardaşımla birgə olan şəklimi iş otağımda itirmişdim. Çəkiliş kollektivimiz bu şəkli tapıb, böyüdüb mənə hədiyyə etdi. Bu, mənim ad günümdə aldığım ən dəyərli hədiyyəm oldu. Müsahibələrimin birində hədiyyə olaraq tennis raketkasını çox sevdiyimi demişdim. Ad günümdə tanımadığım birisi mənə bunu hədiyyə etdi. Tennisi çox sevirəm. Amma işlərin çoxluğundan bir ildir ki, oynaya bilmirəm.

- Yaşınızın üzərinə yaş gəlməsi sizi qorxutmur ki?

- Xeyr. Hər yaşın öz gözəlliyi var, bundan qorxmaq lazım deyil. Yaşın üstünə yaş gəldikdə insan müdrikləşir. Lakin qadınlar təbii ki, yaşlanmağı sevmir. Mən də həmçinin. Bu səbəbdən də ad günü keçirmirəm. Yaşlandıqca kədərlənirəm, bu bir il ərzində itirdiklərimi və qazandıqlarımı düşünürəm.

Nigar MƏHƏRRƏM