Dünya dietoloqlarının pəhriz məsləhətləri

Dünya dietoloqlarının pəhriz məsləhətləri
2758 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bir xanım arıq görünmək üçün çalışır. Amma bir çoxları pəhriz saxlamadan, idman etmədən formada qalmağı arzulayır. 

Axşam.az xarici mətbuata istinadən dünya dieotoloqlarının artıq çəkidən xilas olmaq üçün verdikləri məsləhətləri təqdim edir:
 
• Arxasıüstə uzanıb, havada «velosiped» sürün.

• Təsəvvür edin ki, qarşınızda adam dayanıb, siz də ona təpik atırsınız. Möhkəm atılan təpiklər baldırları arıqladar və ayaqları sellülitdən xilas edər. Lakin bu hərəkəti uzun zaman etmək olmaz. Əks halda ayaqlarda varikoz damar genişlənməsi yaranar.

• Arxasıüstə uzanıb, ayaqlarınızı yerdən çox qaldırmamaq şərtilə «qayçı» hərəkətini edin.

• Əgər budlarınız heç bir vasitə ilə «ərimirsə», yerdə oturub, ayaqlarınızı uzadıb, otaqboyu çanaxıüstə hərəkət etmək super-effekt verir.

• Oturub-durmaq qəti qadağandır. Bu hərəkət ayağın yan əzələlərini inkişaf etdirib, baldırları daha da kök göstərir.

• Əgər şirniyyata olan sevginiz sizə pəhriz saxlamağa mane olursa, hər səhər bir stəkan ilıq suya bir çay qaşığı bal əlavə edib, acqarına için. Bal qanı qlükoza ilə təmin edəcək. Beləcə, orqanizminiz gündəlik şirniyyat tələbatı ödəniləcək. Bu, həm də sizi gün ərzində tox saxlayacaq.

• Əgər iştahanıza qarşı çıxa bilmirsinizsə, pəhriz saxlamağa süd məhsullarından başlayın.

• Gün ərzində ancaq qatıq, süd, yoqurt və ya kəsmik yemək mədədə toxluq hissi yaradacaq.

• Çox yağlı süd məhsullarından imtina edin. Yağlı süd məhsulları həm saçlarda kəpək yaradır, həm də arıqlama prosesini ləngidir. Pəhriz zamanı sırf yağsız məhsullar yemək orqanizmə birbaşa ziyandır. Ona görə də yağlılığı az olan süd məhsullarından istifadə edin.

• Qatıq yeyə bilmirsinizsə, onu tənzifdən keçirin. Daha ləzzətli olması üçün istədiyiniz meyvəni sürtgəcdən keçirib, süzmə ilə qarışdırıb, nuş edin.

• Pəhriz zamanı pendirdən mütləq imtina edin. Pendirin yağlılığı maksimum, xeyri isə minimumdur.