Azərbaycanlı İspaniyada günü 30 minə dincəlir

Azərbaycanlı İspaniyada günü 30 minə dincəlir
4303 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın məhşur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Axşam.az-ın modern.az saytına istinadən xəbərinə görə, verilişdə İspaniyanın cənubunda yerləşən Marbella kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.

Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verib. Villa Del Mar adlı bu malikanədə bir gəcənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini və  avtomobillərinin nömrələrini çəkməməyi xahiş edib.

Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.