"Oğlum yanımda deyil, anası ilə xaricdə yaşayır"

"Oğlum yanımda deyil, anası ilə xaricdə yaşayır"
9269 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Azər Axşam ilk həyat yoldaşından olan oğlu Cavidandan bəhs edib.

Axşam.az-ın məlumatına görə, aktyor “Yeri gəlmişkən” verilişində övladının ondan uzaqda yaşadığını deyib:

“Oğlum Cavidan 10 yaşından mənim yanımda deyil. Anası ilə birlikdə xaricdədir. Mən hərdən ora gedib, onu görürəm. 4 il övladımı görmədim. Anası onu gözəl tərbiyə edib. Atasız uşağı böyütmək böyük məsuliyyətdir. Ondan çox məmnun qaldım. Oğlum Allahsevər, böyük-kiçik yeri bilən, ata-anasından çəkinən biridir. Anası ilə görüşəndə ona ata kimi təşəkkür etdim. Dedim, “Ata haqqım sənə halal olsun. Avropada belə tərbiyəli uşaq böyütmüsən. Mən Azərbaycanda bunu bacarmazdım”.
Atam həmişə deyir ki, uşaqlarınızı mənim sizi tərbiyə etdiyim kimi böyüdün. Görürəm, uşağım düz hərəkət etmir, onu çəkirəm kənara izah edirəm ki, bu səhvdi. Ata övladı ilə tez-tez söhbət etməlidir. İstəyərəm ki, oğlanlarım sevdiyi qız haqqında gəlib mənlə danışsın. Sovet dövründəki adətdən uzaq olaq”.

Qeyd edək ki, A.Axşam ikinci dəfə ailə qurub. Aktyorun hazırkı evliliyindən də bir oğlu var.