ATV-nin aparıcısı “Lider”ə keçdi

ATV-nin aparıcısı “Lider”ə keçdi
4906 dəfə oxunub
  • A-
  • A
  • A+
106.3 FM-də çalışan dicey Fəxriyyə Lilpar ATV-dəki işindən ayrılıb.

Bu haqda aparıcı Axşam.az-a açıqlamasında deyib. O, Bundan sonra “Lider” telekanalında çalışacağını bildirib:

“Sözügedən telekanaldan təklif gəldi, mən də razılaşdım. “Xəzərin sahilində” adlı verilişə aparıcılıq edəcəm. Həftənin cümə axşamı saat 21:00-da efirə gedəcək. Artıq çəkilişlərə başlamışıq. Qonaqlarım sənət aləminin tanınmış, sevilən üzvləri olacaq. Yay mövsümündə bütün verilişlərin tətilə yollandığı halda biz tamaşaçılar üçün yenilik etdik. Proqram “Azərbaycan” redaksiyasında hazırlanır. Payızda isə yeni bir layihə ilə efirə çıxacam. Burada isə Bakıya aid hər şey yer alacaq. Son zamanlar efirlərimizdə düşündürücü və maarifləndirici verilişlərə ehtiyac var. Biz də bu boşluğu doldurmağa çalışırıq".