Aparıcıdan Günelə: "Efirdə özünü yaxşı, ağır apar" - video

Aparıcıdan Günelə: "Efirdə özünü yaxşı, ağır apar" -  video
9413 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günel Ələkbərova “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqramın aparıcısı Zaur Kamal ifaçıya gözlənilməz sual verib.

Onun “Yoldaşın evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy söhbəti oyun idi, gəldi və getdi” suallarına sənətçi belə cavab verib:

“Allah bütün uşaqlara ata-ana deməyi nəsib etsin. Bizim ailəmizdə hər şey yaxşıdır. Sən narahat olma. Mənim həyat yoldaşımla yaxından tanış olarsan. Kim nə deyir desin, fərq etmir”.

Daha sonra Z.Kamal “Bunun əlindən mikrofonu alın. Efirdə özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı gəlmisən” deyə, G.Ələkbərovanı pərt edib.