"Benni Mini" avtomobili Bakı küçələrində - fotolar

"Benni Mini" avtomobili Bakı küçələrində - fotolar
2432 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 7-də "Sirena Motors" şirkəti növbəti şəhərdaxili sınaq yürüşünü təşkil edib.

Axşam.az-ın məlumatına görə, artıq ikinci həftə reallaşan sınaq yürüşündə şəhər sakinləri "Changan" markasının "Benni Mini" modelini sınaqdan keçiriblər. 68 nəfər insan Tofiq Bəhramov adına Respublika stadionunun önündə start götürən sınaq yürüşü zamanı avtomobilin hansı imkanlara malik olduğunun canlı şahidi olublar.

Qeyd edək ki, avtomobilin mühərrik həcmi 1, yanacaq sərfiyyatı 5.7 litrdir. İstər şəhərdaxili, istərsə də uzaq yollar üçün olduqca qənaətli olan avtomobilin qiyməti 10.100 AZN-dir. "Benni Mini"ni ilkin ödəniş 20% olmaqla, həmçinin 1 illik pulsuz servis xidmət ilə əldə etmək mümkündür.

Ətraflı məlumat üçün 1630 və (050) 303 09 06 nömrələrinə müraciət edə bilərsiniz.

Növbəti şəhərdaxili sınaq yürüşü iyulun 14-də saat 11:00-da keçiriləcək. Sınaqda iştirak pulsuzdur. Bu dəfə "GAC GS 5" modeli sınaqdan keçiriləcək.