Hansı tanışlıqlar uzunmüddətli olur? - Qızlar üçün

 Hansı tanışlıqlar uzunmüddətli olur? -  Qızlar üçün
3329 dəfə oxunub
  • A-
  • A
  • A+

Münasibətlər tanışlıqdan başlayır, ya uğurlu olur, ya da yaddaqalan… XXI əsrin texnologiyası bizə tez və heç yerə getmədən yeni tanışlar tapmaq imkanı yaradır. Amma bu ekspress-tanışlığın nə qədər davamlı olduğunu bilirsənmi? Bu münasibətə nə dərəcədə ümid bəsləmək olar?

Axşam.az xarici mətbuata istinadən tanışlıq sirrlərini təqdim edir:

Əvvəllər hər şey fərqli idi… Gənc qız pəncərə önündə oturub, fikirləşər, gözləri yol çəkər. Günlərin birində ana sevincək qızına deyir: qızım, sənə elçi düşüblər, atanla mən razıyam, gələn həftə də nişanındır. Ən maraqlısı isə odur ki, hamı bu haldan razıdır. Bəs bu gün? Pəncərə qarşısında oturmaq nədi? Karyera qurmaq lazımdır. Valideynlər isə övladlarının seçəcəyi şahzadənin kim olduğunu maraqla gözləyirlər. Qız isə oğlanların pəncərənin önündə dayanıb, onun yolunu gözləmələrini  arzulayır. Amma nədənsə, bunların heç biri reallaşmır. Artıq sənin «təxmini tanışlıq» ümidlərin qırılıb. Görəsən, əsl tanışlıq harada və kiminlə olmalıdır?! Hansı tanışlığa ciddi baxmaq lazımdır. Vaxt yoxdur, yaşsa ötür… Harada tanış olmalı? İnternetdə? Ola bilər. Ciddi məclisdə? Bu da bir variantdır. Bəlkə heç nə fikirləşmədən partilərə qatılmalı? Kluba, kitabxanaya, restorana getmək? Boyalı dodaqlar, dəbdəbəli klub geyimi? Səncə, bu tanışlıq nə qədər davamlı ola bilər? Eksperimentləri nəzərdən keçirək.

Yaxşı: hər şey 10 dəqiqə içərisində baş verməlidir

Ekspress-tanışlıq üçün ziyafət… Bu, ikinci yarını tapmaq üçün əsl «speed-dating» görüşdür ki… Hadisə belə olur: qız restoranda tək oturub. Belə halda ona başqa oğlanların yaxınlaşmaması mümkün deyil. Qızın hər oğlanla danışması 10 dəqiqə vaxtını aparacaq. Və bu tanışlığa layiq olan, bəyənilən «şahzadə» telefon nömrəsini ovcunun içində görür. Bu tip tanışlığa çox az qızlar əhəmiyyət verir. Bu hal daha çox xarici ölkələrdə, iş adamlarının həyatında baş verir. Tanışlıqdan sonra zənglər, mesajlar başlayır, yeni görüş təklifləri gəlir, maraqlı günlər yaşanır… Amma qarşı tərəfin istəkləri və tələbləri bununla bitmir. Nəticə isə heç də həmişə ürəkaçan olmur. Sən narahatsan və bu münasibətin naməlum nəticəsini düşünmək həyatını məhv edib.
Məsləhət: Hər gün restoranda oturmaq, kiminləsə tanış olacağını gözləmək mümkün deyil. Əlinə düşən bu tanışlıq fürsəti isə həmişə uğurlu alınmır. Flirt-partinin də öz yaş həddi var. Bu, ciddi münasibət qurmağı hələ ki, düşünməyənlər üçün ideal tanışlıq ola bilər. Bu tip tanışlıqlardan müsbət nəticə gözləməyə dəyməz. Sən bütün günü fikirləşirsən: əgər bu gün restoranda mənə yaxınlaşıbsa, demək, məndən əvvəl və sonra da bu hallar təkrarlanacaq. Özünə bu cür əziyyət verməkdənsə, həmin münasibəti başlamazdan əvvəl bitir. 

Sosial şəbəkədəki real həyat

Sosial şəbəkələr - bax, burada həyat bir dəqiqə belə dayanmadan inkişaf edir. Məsələn, 1 dəqiqə ərzində ən az 300 insan facebook-da qeydiyyatdan keçir. İnsanlar burada bəyəndikləri şəkillərə, fikirlərə şərh yazır, rəy bildirirlər. Bəzənsə sosial şəbəkə uzun müddətdir xəyalını qurduğun bir insanla tanış olmaq üçün insana şans yaradır. Facebook, Twitter, Vkontak- bir çoxları üçün bu sosial şəbəkələr ikinci həyatdır. Burada aktiv olan heç bir qeydiyyatçı diqqətdənkənar qalmır. Bir gün sənə tanımadığın biri dostluq göndərir. Danışmağa başlayır, bir müddətdən sonra telefon nömrəni verirsən. Beləcə, sizin tanışlıq hekayəniz başlayır. Bir neçə gündən sonra ilk görüş baş tutacaq. Artıq münasibətləriniz daha da irəliləyir. Amma o hələ də facebook-dakı köhnə vərdişlərindən əl çəkmir. Sənsə onun başqaları ilə danışmağını qəbul etmirsən. Beləcə, aranıza qısqanclıq girir. Görəsən, bu münasibətin sonu necə olacaq?  

Məsləhət: Təşəbbüs yaxşıdır. Sosial şəbəkələr cəngəllik qanunları əsasında qurulub, amma burada güclülər yox, fəallar qalib gəlir. Güclü cinsin diqqətini cəlb etmək üçün mütləq maraqlı informasiya və ya şəkil yerləşdirməlisən. Sosial şəbəkədə tanışlıq heç də həmişə ürəkaçan olmur. Amma bunun günahını qarşı tərəfdə yox, özündə axtar. İlk görüşdən qarşı tərəfdən bütün tanışlarını silməyi istəmə. O, bunu qəbul etməyəcək. Müasir dövrdə sosial şəbəkələrdəki tanışlıq daha ciddi olur. Buna görə də tanışlığı davam etdirmək sizin öz əlinizdədir. Amma unutma: bu tip tanışlıqlar qısqanclıq qəbul etmir.
Qısqanclığın yaranmasına səbəb: əgər o, mənimlə saytda tanış olubsa, demək, indi də orda oturmasının səbəbi başqa tanışlıqlardır. Bu tip münasibətlərdə bir az vicdanlı olmağa çalışın. İnternet yalançı dolu insanlarla doludur. Və uğursuz münasibətin səbəbləri arasında da bu tip yalanlar birinci yerdədir.
İlk növbədə virtual əlaqədən imtina edin. Yazışmaq iki ay davam edə bilər; onun gözəl, professional şəkillərinə baxıb, heyran qalırsan. Amma görüşdükdə onun heç də sənin xəyal etdiyin şahzadə olmadığını anlayırsan. Və ya tam əksi… o tam sənin istədiyin tipdədir.
Buna əmin olmaq üçün tanışlığı ən qısa zamanda gerçək həyatda davam etdirməyə çalışın.

Uğur anketi

Burada yüzlərlə oğlanın məlumatı yer alır: gözlərinin rəngi, boy ölçüsü, geyim stili, nələri sevdiyi… Amma sən axtardığın şahzadənin arzuladığın kriteriyalara cavab verməsini istəyirsən. Hələ də tək olmağının səbəbi də elə budur. Sən bu xüsusiyyətlərdən hər hansı birini daşımayan insanla münasibət qurmaqdan çəkinirsən. Ağıllı, yaraşıqlı və özünəgüvənən bir oğlanla tanış olmaq hər bir qızın arzusudur. Məgər mən bu qədər oğlan arasından ürəyimcə olanı tapa bilməyəcəm? Beləcə, sosial şəbəkələrin birində qeydiyyatdan keçirsən. Yarım saat sonra isə mesajların sayından başını itirirsən: «Bax əsl məşhurluq da elə budur». Sənin anketinə uyğun olanlar çoxdur. Amma şirin söhbət cəmi yarım saat davam edir. Ardından görüş, intim münasibət təklifləri… Bütün gecəni cəmi iki oğlanla tanış olursan. Biri ilə səhəri görüşə çıxırsan. Amma nədənsə, onun hərəkətləri xoşuna gəlmir. Və beləcə, növbəti dəfə xəyalların puç olur. Ən ideal insanın belə çatışmayan cəhətləri olduğunu görürsən. Beləcə, «bundan sonra mənə heç bir oğlan lazım deyil» fikrinə qapanırsan.

Məsləhət: Sosial şəbəkələrdə anketlərə baxıb, özünə tanış tapmağa çalışmağın tənha olmağından irəli gəlir. Lazımsız sözlər yazılan məktublara cavab vermə, hətta onları qara siyahıya sal. Baxmayaraq ki, anketi əsl sən istəyən kimidir. Ən əsası isə sizə təriflər yağdırana aludə olmayın. Bil ki, sən bu cümlələrin yazıldığı nə ilk, nə də son xanım deyilsən. Sizi maraqlandıran insanı axtarın, tapdıqdan sonra maraqlanacağınız birini yox. Unutma ki, uğurlu kişilər sosial şəbəkələrin aktiv üzvləri olmurlar. Onlar sakit dayanır və kiminsə onlara yazmağını gözləyirlər. Şəkilsiz anketlərdən qorxmayın. Sadəcə, sizi maraqlandıran insandan şəkillərini elektron poçtuna göndərməsini istəyin. Özünə əmin olan kişi mütləq göndərəcək. Məhz bu tip tanışlıqlar uğurlu olur. 

Xoş və yararlı

Uzun müddətdir ki, sevgilindən ayrılmısan. Artıq 4 ildir tənhasan və həyatına kimisə qəbul etməkdən çəkinirsən. Yeni tanışlıqların heç biri ürəyincə deyil. Qərara gəlirsən ki, bundan sonra cəmiyyət içərisində daha çox olacaqsan: səyahətə gedirsən, dəvətlərə qatılırsan, rəfiqələrinlə kafedə, restoranda daha çox vaxt keçirirsən. Bəlkə orada bir sevgili tapdım?! Beynində ancaq bu düşüncələrdir… və sən artıq bilet almısan. Səyahət həqiqətən də istədiyin kimi baş tutur: ətrafda yaraşıqlı, ciddi oğlanlar… Hər dəfə gəzintiyə çıxanda yanına gəlir, günlərin olduqca xoş keçir. Amma nədənsə, yenə də xoşbəxt deyilsən. Ən xoşbəxt anında belə içində sıxıntı var. Görəsən, bu nədi? Niyə məni rahat buraxmır? Əlimə düşən bu fürsətdən zövq almağa niyə imkan vermir? «Niyə?» Suallar səni bezdirib. Çünki geri dönən kimi yaşadıqlarını bir romantik hekayə kimi xatırlayacağını bilirsən.

Məsləhət: Münasibəti qorxu ilə yaşamaq olmayanı da gerçəkləşdirəcək. Sizi ağıllı fikirlər və ortaq maraqlarınız birləşdirir. Amma çalış, münasibətə başlamazdan əvvəl onun əcnəbi bir qadınla evlənib-evlənmək istəməyəcəyini öyrən. Münasibətə bu qədər pessimist yanaşma. Əgər hər ikiniz bir-birinizi bəyənirsinizsə, ən mümkünsüzü belə həyata keçirə bilərsiniz.

P.S. Əlbəttə, bütün bunlar müasir zəmanənin tanışlıq üçün bizə təqdim etdiyi yeganə vasitə deyil. Heç vaxt nəsə təxmini baş vermir. Buna görə də əgər sənin qismətində kiminləsə tanış olmaq varsa, onunla qarşılaşaq, sosial şəbəkəyə girmədən, agentliyə müraciət etmədən də onu tapacaqsan…. Amma çalış, əlinə düşən bu fürsətdən elə istifadə edəsən ki, sonra «kaş ki» deməyəsən…