İstirahətdə necə qidalanmalı? – dietoloqdan məsləhət

İstirahətdə necə qidalanmalı? – dietoloqdan məsləhət
2144 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir çoxları yayın gəlişi ilə tətilə yollanıb. İstirahət zamanı bəziləri pəhriz qaydalarını pozmaqdan şikayətlənirlər. Bu da artıq çəkinin meydana gəlməsi ilə nəticələnir.

Dietoloq Ləman Süleymanova Axşam.az-a açıqlamasında istirahət zamanı düzgün qidalanmaqla bağlı məsləhətlər verib:

“Şəhərdə iqlim tam başqadır. Ona görə də, bölglərdə yaşayanlarla, paytaxtda qalanların qidalanma vasitələri fərqlənməlidir. Əgər dağlıq bir yerdə dincəlirsinizsə, bu zaman yeyib-içdiklərinizə çox da məhdudiyyət qoymayın. Şəhərdə yaşayanlar dağlıq bir yerə gəlirsə, onlarda maddələr mübadiləsi dəyişir. Tezləşir və qidalar rahat həzm olunur. Mən özüm də istirahət günündə nə istədim yedim. Təbii ki, çərçivədən çıxmadan. 6-7 günlük dağlıq yerdə dincəlməyə yollananlara pəhriz saxlamamalarını məsləhət görürəm. İstirahətdə olarkən səhər təmiz bal, pendir, lavaş, naharda kənd toyuğundan hazırlanan yeməklər və ya közdə bişmiş basdırma dana əti yeyin. Axşamlar yaşıl çay içməyi unutmayın. Gün ərzində bir neçə dəfə qazsız bulaq suyu için. Amma böyük şəhərdə dincələnlərə bu məsləhətləri aid edə bilmərik. Tərəvəzlər yeməli, "fast-food"da uzaq olmağa çalışmalısınız”.

Dietoloq istirahət zamanı idmanın vacibliyini də vurğulayıb:

“İdman mütləqdir. Mən təbiət qoynunda velosiped sürməyə üstünlük verirəm. Bu yediklərimizin rahat həzm olunmasına kömək edəcək. Dünyanın bir çox yerlərini gəzmişəm. Ən gözəl istirahət elə öz bölgələrimizdədir. Dağlıq yerlərdə dincələnlər at da çapa bilər. Mən gözəl at çapıram və formada qalmağıma bu da kömək edir. Təmiz havada çox gəzmək məsləhətdir”.

Çalışdığı ünvan: “İnternational Medical Center" 2,  Aşıq Molla Cümə küçəsi, 11 b

Telefon: (050) 224 94 98, (070) 266 55 74, (012) 566 55 78

(İnstaqram: doktor_leman_dietoloq_terapevt)