Minarə Allahverdiyeva: "Qızımın model olmağına icazə verməyəcəm"

Minarə Allahverdiyeva: "Qızımın model olmağına icazə verməyəcəm"
6091 dəfə oxunub
  • A-
  • A
  • A+
“Miss Azerbaijan” müsabiqəsinin iştirakçılarından olan Minarə Allahverdiyeva yarışmaya qatılmağından danışıb.

Model axşam.az saytına açıqlamasında bu peşənin onun üçün ikinci yerdə dayandığını deyib:

“Modellik mənim üçün həvəsdir. Əslində öz biznesimlə məşğulam. Mənim üçün vacib olan qızım və işimdir. “Miss Azerbaijan” yarışmasına dostlarımın təkidi ilə qatıldım və finala qaldım. Hazırda məşqlər gedir. İşlərimin çoxluğundan hazırlıqlara tez-tez qatıla bilmirəm” deyən Minarə Azerbaycanda model biznesinə birmənalı yanaşmır:

“Bizdə modelliyə qeyri-ciddi peşə kimi baxırlar. Bu işlə istədiyin kimi məşğul ola bilmirsən. Əgər nə vaxtsa bizdədə model biznesi xaricdəki səviyyəyə qalxarsa, onda mən də bu işlə ciddi məşğul olaram. Əgər qızım gələcəkdə model olmaq istəsə, icazə verməyəcəm. O, dizayner və rəssam olacaq”.

Builki “Miss Azerbaijan” müsabiqəsinin iştirakçılarından olan Minarənin axşam.az üçün özəl fotosessiyasını təqdim edirik.   

 
Fotoqraf: Bəhruz ƏLİZADƏ

Çəkilişdə göstərdikləri köməkliyə görə "Harmony" kluba təşəkkür edirik.


Ünvan: Azadlıq prospekti 146,
Əlaqə: (050) 388-98-38, Yusif