Gülnarə Xəlilova ad gününü qeyd edir

Gülnarə Xəlilova ad gününü qeyd edir
3105 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün tanınmış modelyer Gülnarə Xəlilovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, modelyer 1972-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı şəhəri 260 saylı orta məktəbində təhsilinə başlayıb və həmin məktəbi 1989-cu ildə medalla bitirib.

Məktəbdə təhsil aldığı dövrdə, 1981-1987-ci illərdə, 25 saylı musiqi məktəbinin fortepiano kursunu keçib.

1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Pedaqoqika və Psixoloqiya" fakultəsinə daxil olub və 1993-cü ildə Universiteti müvəffəqiyyətlə bitirib.

Bir-neçə il pedaqoji fəaliyyətlə məşqul olduqdan sonra 2002-ci ildə moda evi təsis edərək modelyer-dizayner fəaliyyətinə başlayıb. Hazırda "Gülnarə Xəlilova moda evi"nə rəhbərlik edir. Bu dövrdə Respublikanın tanınmış sənət adamları ilə işbirliyi qurub. Bunların sırasında xalq artistləri, əməkdar artistlər, tanınmış mügənnilər və telekanalların tanınmış aparıcılarını qeyd etmək olar.

2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam kimi çalışır, teatr səhnəsində qoyulan tamaşaların geyimlərinin tərtibatı və hazırlanmasına rəhbərlik edir. Bununla yanaşı Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bir-neçə filmin geyim üzrə rəssamı olub. 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır. Bir çox konfrans və simpoziumlarda iştirak edib.

Ailəlidir, iki övladı var.