Əməkdar Rəssamın fərdi sərgisi açıldı

Əməkdar Rəssamın fərdi sərgisi açıldı
1323 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 4-də Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam İsmayıl Məmmədovun fərdi sərgisi açılıb.

Axşam.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərgidə rəssamın 50-dən çox əsəri nümayiş etdirilib.
.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, görkəmli kinorejissor, Xalq Artisti Oqtay Mirqasımov və başqaları çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubundan söz açıb.

Bildirilmişdir ki, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə oxuduğu illərdən kitab qrafikası ilə məşğul olmağa başlayan İ.Məmmədov elə ilk əsərlərindən diqqəti cəlb edib.

Diqqətə çatdırılmışdır ki, məşhur boyakar, istedadlı qrafika ustası İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olur. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onlarla tamaşaya bədii tərtibat vermişdir.
Tədbirdə sənətkara yeni-yeni yaradıcılıq uğurları arzulayan çıxışçılar onun Azərbaycan rəssamlığının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

Sərgidə iştirak edənlərə minnətdarlığını bildirən rəssam bundan sonra da yeni-yeni əsərləri ilə sənətsevərlərin görüşünə gələcəyini söyləyib.