ATV-nin gözəl aparıcısı sirrini açdı

ATV-nin gözəl aparıcısı sirrini açdı
7930 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalının “Onlar” verilişinin cazibədar aparıcısı Afaq Gəncəli peşəkar üzgüçü imiş.

Axşam.az-ın müxbirilə söhbətində bu barədə aparıcının özü bildirib.

Onun sözlərinə görə, ideal bədən quruluşuna səbəb yüksək üzmə bacarığının olmasıdır:

“Özümü peşəkar üzgüçü adlandıra bilərəm. Mən kiçik hovuzlarda üzməyi heç sevmirəm. Gərək hovuz dərin və böyük ola. Trampilindən də tullana bilirəm. Üç metr yüksəklikdən belə suya tullandığım olub”.

Afaq hər zaman formada qalmasının yollarından danışıb:

“İdman etməyi sevirəm. Arıq qalmaq üçün ciddi pəhriz saxlamıram. Bununla belə, heç vaxt çörək yemirəm, qazlı su içmirəm, yağlı və qızarmış qidalardan uzaq dururam. Qalan bütün yeməkləri yeyirəm. Mən qurmanam. Şirniyyatsız yaşaya bilmərəm”.