"Təkliflər gəlir" - Nanə

"Təkliflər gəlir" - Nanə
4706 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalının aparıcısı Nanə Ağamalıyevadan xəbər var.

O, Axşam.az saytına açıqlamasında bu yay da istirahət etməyəcəyini, yalnız çalışmaq arzusunda olduğunu dilə gətirib.

Aparıcının sözlərinə görə, tamaşaçılara maraqlı sürprizlər edəcək: 

“Artıq neçə ildir ki, yay aylarında istirahətə getmirəm. Doğrusu, heç özüm də bunu istəmirəm. Ancaq işləmək, yenilik etmək arzusundayam. Sentyabr ayında maraqlı layihə etməyi düşünürəm. Tamaşaçılar üçün əsl sürpriz olacaq”.

Nanə ona gələn serial təkliflərindən də danışıb:

“Təkliflər gəlir, amma qəbul etmək istəmirəm. Serialdan daha çox filmə çəkilməyi düşünürəm. Peşəkar komanda tərəfindən təklif gəlsə, məmnuniyyətlə qəbul edərəm. Özüdə romantik bir film istəyirəm”.