Aygün Kazımova Natavan Həbibidən üzr istəmədi

Aygün Kazımova Natavan Həbibidən üzr istəmədi
4612 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibi ilə məhkəmə qarşıdurmasının nəticəsi ilə əlaqədar paylaşım edib.

Axşam.az-ın məlumatına görə, Aygün İnstaqram hesabında məhkəmə qərarına baxmayaraq həmkarından üzr istəməyib. O, sadəcə dediklərini təkzib edib:

"Qeyd edim ki, mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.