Rus Dram Teatrında kriminal komediya

Rus Dram Teatrında kriminal komediya
663 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Rus Dram Teatrı Vasil Stanilovun pyesi əsasında səhnələşdirilən "Opera Mafiozo" adlı kriminal komediyanı təqdim edəcək.

Axşam.az-ın Mədəniyyət və Turizm nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq Artisti A.Şarovski, quruluşçu rəssamı N.Sazonov (Rusiya), xoreoqrafları R.Türkkan və N.Rzayevadır.

Rollarda Azərbaycanın əməkdar artistləri N.Şarovskaya və O.Nağıyev, artistlər X.Ağayeva, B.Klimaşeva, O.Əmirbəyov, S.Bayramov, N.Əbdülrəhimbəyov, M.Mərdaxanova, Y.Omelçenko, R.Yusubov, R.Kərimov, V.Lerman və başqaları oynayacaqlar.