Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
1827 dəfə oxunub
  • A-
  • A
  • A+
İyulun 31-də Bakıda 40 dərəcə isti olacaq.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.