Vitamin D arıqladır

Vitamin D arıqladır
3645 dəfə oxunub
  • A-
  • A
  • A+

Minnesot Universitetinin alimləri araşdırıblar ki, «Günəş vitamini» insanı arıqladır və çəkini tənzimləyir.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.

Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.

Arıqlamaq niyə çətindir? Çünki...

· Orqanizmdə maddələr mübadiləsi pis işləyir
· Mədə-bağırsaq sisteminin funksiyası zəifdir
· Arıqlamaq istəyən insan ya duzlu yemək, ya da şirniyyat həvəskarıdır.

Bütün bu problemlərin aradan qaldırılması və arıqlamaq üçün ən münasib qida qatıqdır.