Azərbaycan şou-biznesi: Kim necə geyinir?

Azərbaycan şou-biznesi: Kim necə geyinir?
4954 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az saytının “Stil” rubrikasının budəfəki qonağı stilist Samir Əliyevdir. Samir sənətçilərin geyimindəki qüsurlardan danışaraq onlara öz məsləhətlərini verib.

Faiq Ağayev

Faiq Ağayev hər zaman zövqlü geyinir. O, görkəmində modern və klassik üslubları elə birləşdirib ki, göz oxşayır. Faiqin saç düzümü, səliqəsi məni valeh edir. Mən çox istəyirəm ki, Faiq Ağayevdə bir eyib tapım, amma mümkün olmur. Onun hər bir geyimi məni təəccübləndirir. 40 yaşında bu qədər cavan, səliqəli və zövqlü görünmək hər kişiyə qismət olmur. Mən ona baxanda 40 yaşı adlamaqdan qorxmuram. Amma Namiq Qaraçuxurlu və digər müğənnilərə baxanda deyirəm ki, bunlar hələ cavandırlar belə görünürlər, görəsən, 40 yaşından sonra necə olacaqlar?

Ramal

Geyindiyi köynək, şalvar və üst geyimi bir-birini tamamlayır. Bəyənmədiyim yalnız ayaqqabıları oldu. Çünki klassik üslubdadır və bu, geyim kombinasiyasını tamamlamır. Məsləhət görərdim ki, gələn dəfə idman üslublu ayaqqabılara üstünlük versin.

Kamilə Babayeva

Köynəyini çox bəyəndim, amma onun altındakı geyim səliqəsiz görünüş verib. Belə köynəyi daha tünd rəngli şalvar və ya qısa ətəklə geyinməyini məsləhət görərdim. Ayaqqabısını da bəyənmədim. Çünki rəng baxımından geyimə uyğun gəlmir. Bu tip ayaqqabı da qısa ətəklə daha çox uyğunluq təşkil edərdi.

Namiq Qaraçuxurlu

Səhnə geyiminə oxşamır. Sənətçinin libası adi insanların geyimindən fərqlənməlidir. Şalvarı və ayaqqabıları da yaxşı deyil. Ümumiyyətlə, Namiq Qaraçuxurlunun geyimləri çox sadə olur. Dəniz kənarında bu cür köynək yox, daha sərbəst geyim üslubu seçmək lazımdır. Ola bilsin ki, Namiq belə görkəmdə toya da gedir... Onun geyim tərzi mənim üçün çox zövqsüz və maraqsızdır.

Kəmalə Qaramollayeva

Mən hər bir qıza arzu edirəm ki, bu xanım kimi incə olsun. Libas Latın Amerika rəqslərini xatırladır. Amma belə libasla bu cür saç yığmazlar. Paltar çox qısadır. Bu da Kəmaləni xoşagəlməz vəziyyətlərə sala bilər. Ona görə də məsləhət görərdim ki, geyim seçimində bədəninin bəzi yerlərini gizlətmək imkanı verən libaslar seçsin. Görkəmində təkcə ayaqqabılarını bəyəndim.

Sevda Yahyayeva

Sevdanın çox gözəl zövqü var. O və Röya şou-biznesdə yeganə müğənnilərdir ki, bütün bahalı brendlərin adlarının mənalarını, tarixini bilirlər. Elə müğənnilər var ki, geyimi bahalı olsa da, həmin brendin mənasını anlamır. Sevda getdiyi məclislərə uyğun geyinir. Üst geyimi və ətəyini çox bəyəndim.

Xəyyam Nisanov

Geyimində həmişə parlaq rənglərdən istifadə edir. Bu, sənətçi üçün çox gözəl haldır. Geyimləri bahalı olsa da, heç vaxt bunu biruzə verməyi xoşlamır. Xəyyam Nisanova qıvrım saçlı olmaq yaraşmır. Sonuncu solo konsertindəki imicini isə çox bəyəndim.

Flora Kərimova

Arzu edirəm ki, hər bir müğənni Flora Kərimova kimi cavan, gözəl və maraqlı görünsün. Libasını yay ayaqqabıları və qara corab ilə tamamlamasına baxmayaraq, Flora xanım çox qlamur görünür. Özü də bu il tünd corablar dəbdədir. O, çox zövqlü xanımdır və səhnəmizdə dəblə geyinməyin əsasını qoyanlardan biridir.

Lalə Məmmədova

Lalə xanımın geyimləri hər zaman aristokrat üslubda olur. Onun çox gözəl zövqü var. Sadəcə bəzən düzgün stilistlərə müraciət etmir.  Stilistlər Lalə xanımı başqa müğənnilərə oxşadırlar. Amma sevindirici haldır ki, son vaxtlar Lalə xanımın imicində oxşarlıq yoxdur.