"Müşfiq" mükafatı sahiblərinə çatdı

"Müşfiq" mükafatı sahiblərinə çatdı
1725 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Beynəlxalq Muğam Mərkəzində “Şairlər günü” keçirilib.

Axşam.az-ın məlumatına görə, unudulmaz şair Mikayıl Müşfiqin ad gününə həsr edilən gecənin və ideyanın müəllifi Şairlər Birliyinin rəhbəri Xəyal Rzadır.

Bir çox yerli və əcnəbi qonaqların qatıldığı tədbirdə şairlərə Mikayıl Müşfiq mükafatı verilib.

Tədbiri giriş sözü ilə açan Xəyal Rza “Şairlər günü”ndən danışıb:

“Üç il bundan əvvəl layihəni təsis edəndə necə qarşılanacağını düşünürdüm. İndi görürəm ki, “Şairlər günü”nə maraq artır, layihə ictimailəşərək yüksək səviyyəyə qalxıb. Bu gün bizim tədbirə əcnəbi ölkələrdən də şairlər təşrif buyurub”.

Xalq yazıçısı Anar bütün şairləri təbrik edib:

“Bu gün münasibətilə ölkəmizə gələn əcnəbi qonaqları təbrik edirəm. “Şairlər günü”nün Mikayil Müşfiqin doğum günü ilə əlaqələndirilməsi gözəl haldır”.

Aparıcılığını Xəyal Rza və Samirə Rüstəmovanın etdiyi gecədə Türkiyədən şairə Yeşim Ağaoğlu, xalq musiqi ifaçısı Əndər Balkır, TRT solisti Məhmət Özkaya, sənətçi Gülay Sezər, Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Öməroğlu, Ukraynadan Taras Şevçenko adına Ədəbiyyat Muzeyinin direktoru Dmitro Stus və başqaları qatılıb.

Tədbirin təşkilatçısı “Gövhər group” olub.

Foto: Rəşad ABBASOV