Aida Mahmudovanın "Daxili aləm"i İsveçrədə sərgilənəcək

Aida Mahmudovanın "Daxili aləm"i İsveçrədə sərgilənəcək
2127 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçrənin "Barbarian Art" qalereyası və kurator Sandra Nedvedskaya azərbaycanlı gənc rəssam Aida Mahmudovanın fərdi sərgisini təqdim edirlər.

Axşam.az-ın 525.az-a istinadən verdiyi məlumata görə, müəllif ilk dəfədir ki, İsveçrənin çoxəsirli tarixi və rəssamın şəxsi təəssüratları olan "Daxili aləm" adlı ekspozisiyasını təqdim edir.

"Daxili aləm" sərgisi insan yaddaşı və nostalji hisslərin təbiəti haqqında olan düşüncədir.

Sərgi iyun ayının 9-dan iyul ayının 15-ə kimi Sürix şəhərində, Limmatsrasse 275 ch-8005 ünvanında yerləşən "Barbarian Art Gallery"də ziyarətçilərin üzünə açıq olacaq. Rəsmi açılış iyunun 8-i saat 18:00-da olacaq.

Qeyd edək ki, Aida Mahmudova (1982-ci ildə anadan olub) Londonda Sent-Martin İncəsənət və Dizayn kollecinin rəssamlıq fakultəsini bitirmişdir. O müxtəlif istiqamətlərdə çalışır, bura rəssamlıq, fotoqrafiya və instalyasiya da aiddir. Həmçinin Aida qeyri-hökümət təşkilatı olan "YARAT" Müasir İncəsənət Məkanının qurucusu və rəhbəridir, Bakıda yerləşən bu təşkilatın əsas məqsədi müasir incəsənətin Azərbaycanda və xaricdə dəstəklənməsi və inkişafıdır.

Rəssamın işləri Avropanın böyük sərgiləri çərçivəsində Romada "MAXXİ Museumda", Moskvada Multimedia İncəsənəti Muzeyində və Filip de Pyuri Fondunun ekspozisiyaları çərçivəsində Londonda təqdim edilib.