“Mahmud və Məryəm” filmi Bakıda

“Mahmud və Məryəm” filmi Bakıda
1901 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə və Azərbaycan kinomatoqrafçılarının birgə layihəsi olan “Mahmud və Məryəm” filmi, nəhayət, Azərbaycan tamaşaçısına təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, dəqiq tarix bəlli olmasa da, “Nizami” kinoteatrında filmin elanlarına başlanılıb.

Kinoteatrın mətbuat xidmətindən aldığımız məlumata görə, “Mahmud və Məryəm” bu ay nümayiş olunacaq. Onun Azərbaycan dilinə tərcümə ediləcəyi söylənilib. Filmin deyildiyi kimi, böyük qala gecəsinin keçirilməsi isə hələ sual altındadır.

Qeyd edək ki, mart ayında Türkiyədə təqdim olunan “Mahmud və Məryəm” bir neçə Avropa ölkəsində göstərilib. Filmdə xalq artisti Fəxrəddin Manafov, Məlahət Abbasova, Aras Bulut İnəmli, Eva Dedova, Tomris İncər və başqaları rol alıb.