Yay pəhrizi

Yay pəhrizi
2850 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu pəhriz zamanı istədiyin qədər tərəvəz yeyə bilərsən. Amma banan və şirin meyvələrdən uzaq durmaq məsləhətdir.

Axşam.az xarici mətbuata istinadən yay pəhrizini təqdim edir:

Yaşıl çay və qazsız mineral su piylərin əriməsinə təkan verir. Pəhrizi saxlamaq asan olsun deyə, yeməkdən əvvəl 1 stəkan qazsız mineral su içmək lazımdır.

Səhər:

1/2 kəsmik (100 qr), 2-3 dilim pəhriz çörəyi, 1 çay qaşığı bal, çay və ya şəkərsiz qəhvə.

Yeməkarası:

1-2 meyvə və yaşıl tərəvəzlər.

Nahar:

Yarım boşqab yağsız şorba, suda bişmiş mal əti və ya dərisiz toyuq filesi.

Qarnir: 3 xörək qaşığı yaşıl noxud və ya təzə tərəvəzlər.

Yeməkarası:

1-2 dilim pəhriz çörəyi, üzərinə 1 çay qaşığı bitki yağı əlavə olunmuş tərəvəz salatı, 1/2 kəsmik (100 qr.)

Şam:

1-2 ədəd meyvə, 1 ədəd yoqurt.