Faiq Ağayevdən toydan qovulması xəbərinə münasibət

Faiq Ağayevdən toydan qovulması xəbərinə münasibət
1337 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev ötən gün saytlardan birində onun haqda çıxan məmur toyundan qovulması ilə xəbərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni “Facebook” hesabında yayılan məlumatı təkzib edib:

“Cılız, xırda, əhəmiyyətsiz bir məsələdir, əslində.
Amma Bakıdakı dostlarım reaksiya verməyimi məndən təkidlə rica etdilər.

Bu axşam saytların birində:

"Faiq Ağayevi məmur oğlunun toyundan qovdular"
başlıqlı bir DEZİNFORMASİYA dərc edilib.
Yazılana görə: "... Xalq artisti Faiq Ağayev bu gün (07/06/2013) bir neçə dəqiqə əvvəl məmur oğlunun toyundan qovulub... Saytın əməkdaşı hadisənin bilavasitə şahidi olub.
Toy mərasimi “JW Marriott Absheron” otelində keçirilir. Müxbirimiz bildirir ki, otelin mühafizəçiləri F.Ağayevi mərasimin keçirildiyi zaldan zorla çıxararaq maşınına qədər müşayiət ediblər. F.Ağayev isə qəzəbli şəkildə öz “Hummer”inə minərək oteli tərk edib."

1. Mən Bakıda deyil, artıq 9 gündür ki, Rusiya Federasiyasındayam (Krasnoyarsk, daha sonra - Moskva).
Fiziki olaraq, 7 iyun tarixində Azərbaycanda, Bakıda ola bilməzdim.
2. Mənim heç bir zaman "Hummer" markalı avtomobilim olmayıb, sürdüyüm maşın - "Cadillac - Escalade"dir.
3. Bunları nəzərə alaraq, həmin o saytın YALANÇI "əməkdaşı" hansı "bilavasitə şahid"likdən dəm vurur?
4. Nömrədən zəng edən şəxs həmin o "jurnalist" idi isə, dəstəyi götürməyimi gözləyərdi, "vızıv" atmazdı.

Sübutsuz danışmağı sevmirəm. Əlavə etdiyim fotolardan açıq-aydın görünür ki,
- Bakıdan 30 may tarixində getmişəm,
- Krasnoyarskda 31 may-02 iyun arası olmuşam
- Hal-hazırda Moskvadayam və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Qonaq Evində qalıram.
- Moskvada 02-15 iyun tarixlərinə qeydiyyata alınmışam
- Bakıya 10 iyun tarixində 853-cü reysle yola düşəcəyəm.

Adını jurnalist qoymaq istəyənlər - YALAN danışıb, camaatı özünüzə güldürməyin.