Türkiyəli məşhurlar bu gün Bakıya gəlir

Türkiyəli məşhurlar bu gün Bakıya gəlir
1810 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Heydər Əliyev Sarayında 16-cı “Qrand” Milli İctimai Mükafatının təqdimatı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, “V & V” şirkəti tərəfindən təşkil olunan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mərasimdə il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri “Qrand” mükafatına layiq görüləcək.

Mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar dəvət olunub. Onlar arasında “Elə bir keçər zaman ki...” serialının Əli Kaptanı – Ərkan Petekkaya, Cəmiləsi - Ayça Bingöl, “Möhtəşəm yüz il” serialının Şahzadə Məhmədi – Gürbəy İləri, müğənni Sinan Akçıl və “Ebruli” proqramının aparıcısı Ebru Şallı yer alıb.
 
Qonaqlar Bakıya bu axşam gələcək.