"Apple" gələn ay yeni məhsulunu təqdim edəcək

"Apple" gələn ay yeni məhsulunu təqdim edəcək
2846 dəfə oxunub
  • A-
  • A
  • A+
Növbəti nəsil “iPhone” smartfonu “Force Touch” ekranı, “A9” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcək.
 
Axşam.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, “BuzzFeed News” öz mənbələrinə istinadən yazır ki, “Apple” şirkəti sentyabrın ikinci həftəsində keçirəcəyi mətbuat konfransında “iPhone” smartfonunun yeni versiyasını və “Apple TV” təqdim edəcək.
 
İnternet nəşri xatırladır ki, ötən il tədbir, həmçinin 9 sentyabr tarixində keçirilib. Hələ ki “Apple” şirkəti bu informasiyanı rəsmi təsdiq və ya təkzib etməyib. “Apple”ın fəaliyyətini izləyən başqa nəşr bildirib ki, “BuzzFeed” adətən öz proqnozlarında səhv etmir.
 
“Apple” həmçinin “iPad” planşet kompüterinin yeni modelini təqdim edə bilər.