Kıvançla reklama çəkilən "mələy"in gözəllik sirləri

Kıvançla reklama çəkilən "mələy"in gözəllik sirləri
6196 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kıvanç Tatlıtuğla cins geyim markalarından birinin reklamına çəkilən “Victoria's Secret”in mələyi Sara Sampaio gözəllik sirlərindən bəhs edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model bir çox həmkarından fərqli olaraq karbohidratlar və şəkərlə zəngin qidalar – pizza, cipslər, südlü pirojnalar yeməyi çox sevdiyini deyib. O, gözəlliyinin sirrinin idmanda olduğunu bildirib. Sara qadının gözəl görünüşü üçün özünü sevməyin də mühüm rol oynadığını söyləyib.

23 yaşlı portuqaliyalı model “Ümid edirəm ki, 35 yaşımda da 20 yaşımdakı kimi görünərəm. Çünki karyeramı hələ uzun müddət davam etdirmək istəyirəm. Fotosessiyalar zamanı süni saçlar, makiyaj və libaslar səni mütləq gözəl göstərir”, - deyə əlavə edib.