Əli kapitanın Bakıdakı ilk fotoları

Əli kapitanın Bakıdakı ilk  fotoları
1862 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün şəhərimizə təşrif buyuran növbəti məşhur qonaq “Elə bir keçər zaman ki...” serialının Əli kapitanı – aktyor Ərkan Pətəkkaya olub.

Axşam.az-ın hava limanında görüntülədiyi aktyor bu gün baş tutacaq 16-cı “Qrand” Milli İctimai Mükafatının təqdimatına qatılacaq.

“V & V” şirkəti tərəfindən təşkil olunan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəkləkdiyi mərasimdə il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri mükafatlara layiq görüləcək.

Xatırladaq ki, müğənni Sinan Akçıl tədbirdə iştirak etmək üçün artıq Bakıdadır.

“Elə bir keçər zaman ki...” serialının Cəmiləsi – Ayça Bingöl, “Möhtəşəm yüz il”in Şahzadə Məhmədi – Gürbəy İrəli, “Ebruli” verilişinin aparıcısı, model Ebru Şallı da bu gün paytaxtımıza gələcək.

Foto: Rəşad ABBASOV