"Azərbaycanın səsi"ndə baş verənlər - fotolar

"Azərbaycanın səsi"ndə baş verənlər -  fotolar
1979 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının daha bir buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, yarışmada münsif kürsüsündə əyləşən xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə və Elton Hüseynəliyev iştirakçılarla bağlı fikirlərini bölüşüb.

Bu dəfə iştirakçılar bir-biriləri ilə duet oxuyub.

N.Qasımova ifaları bəyəndiyini vurğulayıb:

“Duet çətin idi. Səsləri uyğunlaşdırmaq, hər iki ifaçının səsinə yaraşacaq mahnı tapmaq asan olmadı. Bəzilərindən istədiyimi aldım, bəzilərindən isə yox”.

E.Hüseynəliyev isə duetlərin bəzilərindən zövq almadığını etiraf edib:

“Elə mahnılar var ki, onlar sırf duet üçün yazılıb. Amma bəziləri də duetə uyğun gəlmir”.

E.Seyidcahan isə “Mahnını yaşamaq lazımdır. Onu dinləyiciyə çatdıra bilmirlərsə, oxumasınlar. Heç kim birdən-birə akademik olmayıb. Öyrənsinlər” deyə, bildirib.

Aparıcılığı Afaq Gəncəli və Ruslan Ağayevə həvalə olunan yarışmanı hər həftə olduğu kimi bu dəfə də dörd iştirakçı tərk edib.

Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Proqrama hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.