Xaçmazlı qız repetitorsuz 677 bal topladı - fotolar

Xaçmazlı qız repetitorsuz 677 bal topladı - fotolar
10409 dəfə oxunub
  • A-
  • A
  • A+

İndiki dövrdə demək olar ki, tələbə adını qazanmaq istəyənlərin böyük əksəriyyəti hazırlıq kurslarına və ya repetitor yanında gedirlər.

Amma çox az təsadüf olunsa da, elə şagirdlər də var ki, onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazanmağa nail olur.

Axşam.az-ın RTV.az-a istinadən məlumatına görə, belə şagirdlərdən biri də Xaçmaz rayonunun Aslanoba kənd tam orta məktəbinin məzunu Mirvari Nəsirovadır. O, ali məktəblərə keçirilən qəbul imtahanlarında 677 bal toplayaraq, rayon üzrə ən çox bal toplayan tələbə adını qazanb.

M.Nəsirova IV ixtisas qrupu üzrə imtahan verib. Tədris aldığı Aslanoba kənd tam orta məktəbində kimya fənni üzrə kadr çatışmazlığı yaşansa da, bu çətinlik onu qorxutmayıb və repetitor hazırlığı olmadan bütün fənlərdən yüksək nəticə əldə edib.