Bu gün Solaxaylar günüdür

Bu gün Solaxaylar günüdür
1336 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Dünya Solaxaylar Günüdür.

Axşam.az xarici mətbuata istinadən solaxaylar üçün xarakterik olan xüsusiyyətləri və maraqlı faktları təqdim edir:

1. Solaxaylar orta əsrlərdə “şeytan” adlandırılırdı. Onlar cəmiyyətdən tamamilə təcrid olunurdular. Solaxayların problemləri təkcə bununla bitmir. Çalğı alətlərində ifa zamanı, restoranlarda süfrə etiketində qaydaları gözləmək solaxaylar üçün olduqca çətindir.

2. Kişilərin solaxay olmaq ehtimalı qadınlardan daha çoxdur. Dünyada insanların 10%-i solaxaydır. Onlar arasında daha çox yayılmış xəstəlik isə şizofreniyadır. Sol əlindən daha çox istifadə edənlər stressə meyillidirlər. Onlar çox qorxur və tez əsəbləşirlər. Şəkər xəstəliyi, astma və allergik xəstəliklər solaxaylarda daha çox təsadüf edilir.

3. Dünyanın ən seksual qadınlarının və yaraşıqlı kişilərinin solaxaylar olduğu deyilir.

4. Solaxayların iti zehinli, ağıllı və xüsusi istedada malik olduqları iddia edilir. Dünya futbolunda ən bacarıqlı idmançıların solaxay olması da xüsusi diqqət çəkir.

5. Solaxaylar digərlərindən fərqli olaraq, karyeralarında daha irəli gedərək, 10-15 % daha çox gəlir əldə edirlər. Dünya varlıları siyahısında solaxayların sayı digərlərindən daha çoxdur.

6. Solaxaylarda sənətə meyillilik daha çox olur. Dünya şöhrətli rəssamlar Leonardo Da Vinçi, Mikalencelo, Pikasso və Rafael də solaxay olub.

7. Solaxaylar siyasətdə də xüsuislə istedadlı olurlar. Barak Obama, Bill Klinton, Corc Buş, Fidel Kastro, Cerald Ford, Ronald Reyqan da solaxay olublar.

Solaxaylar günü 24 il əvvəl ABŞ-da “Left Handers Day” adı ilə qeyd olunmağa başlayıb. Hər il avqustun 13-də bu günü qeyd etmək isə ənənə halını alıb.