Beynəlxalq mürəbbə festivalı keçirilir - Moskvada

Beynəlxalq mürəbbə festivalı keçirilir - Moskvada
1210 dəfə oxunub
  • A-
  • A
  • A+
2014-cü ilin avqustunda Rusiya paytaxtında ilk dəfə Beynəlxalq mürəbbə festivalı və ya “Moskva mürəbbəsi” festival keçirilib.

Axşam.az-ın "AZƏRTAC"-a istinadən məlumatına görə. bu il bu şirin bayram avqustun 13-dən 23-dək yenidən Moskvada keçirilir. Tədbirdə Rusiyanın 40 regionundan, habelə dünyanın 15 ölkəsindən, o cümlədən İtaliya, Tailand, Azərbaycan, İspaniya, Meksikadan aşpazlar iştirak edirlər. Aşpazlar Moskvanı şirni sevənlər üçün əsl cənnətə döndərməklə, öz məharətlərini nümayiş etdirmək üçün festivala toplaşıblar.

Onlar hamını uşaqların və böyüklərin ən sevimli şirnisi olan mürəbbəyə qonaq edəcəklər. Festivalın qonaqları Rusiyanın bir çox regionundan müxtəlif çeşidli mürəbbələrin, o cümlədən qarpız qabığı, yaşıl pomidor, küknar qozası, zəncirotu, zəncəfil, kaktus mürəbbələrinin dadına baxacaqlar. Arzu edənlər mürəbbə və şirniyyatın hazırlanmasında iştirak edəcəklər.