Türkiyəli sənətçilərə Bakıda mükafat verdilər

Türkiyəli sənətçilərə Bakıda mükafat verdilər
4959 dəfə oxunub
  • A-
  • A
  • A+

Qrand 2012” mükafatına layiq görülənlər arasında Türkiyədən gələn tanınmış sənətçilər də yer alıb.

Axşam.az-ın məlumatına görə, “Elə bir keçər zaman ki...” serialının Əli kapitanı – Ərkan Petekkaya “İlin kişi aktyoru” nominasiyasına layiq görülüb.  Müğənni Sinan Akçıl isə iki mükafat əldə edib. Belə ki, o, xalq artisti Aygün Kazımova ilə oxuduğu duetə görə “İlin dueti” və “İlin ən yaxşı pop musiqi ifaçısı” nominasiyasında mükafatlandırılıb.

Model və aparıcı Ebru Şallının “Ebruli” verilişi də “Qrand”a layiq görülüb.

“Elə bir keçər zaman ki...” serialının Cəmiləsi – Ayça Bingöl isə “İlin ən yaxşı qadın aktrisası” mükafatını alıb. Tədbirə qatıla bilməyən aktrisa video çarx göndərib. O, “İşlərimlə əlaqədar Bakıya gələ bilmədim. Bu mükafata məni layiq görənlərə təşəkkür edirəm. Ən qısa zamanda Azərbaycana gələcəyəm” - deyə bildirib.

Mükafatlandırma mərasiminə qatılan Türkiyədə yaşayan model Günay Musayeva “Azərbaycan- Türkiyə incəsənət münasibətləri səfiri” mükafatına layiq görülüb.
 
Gecənin sürpriz qonağı isə “Təhminə və Zaur” filminin məşhur aktrisası Meral Konrat olub.  Təhminə “İlin aktrisası” adına layiq görülüb.