"Mahnılarımı oxuya bilmirlər, səsləri çatmır"

"Mahnılarımı oxuya bilmirlər, səsləri çatmır"
1613 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mahnılarımı kimsə oxuyanda sevinirəm. Amma çoxu ifa edə bilmir. Çünki buna böyük səs lazımdır”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Bilal Əliyev “Star life” verilişinə açıqlamasında deyib. O, gənc ifaçılara məsləhət verib:

“Onlara məsləhət görürəm ki, qəliz mahnıları da götürüb oxusunlar. Səs çatmırsa, zilə qalxmasınlar. Mahnılarımı zəng vurub istəyən olur. Hamısına da bacardığım qədər kömək etmişəm. Niyə də qısqanmalıyam ki. Dünyamız inkişaf edir. Kompüter dövrüdür. İnsanlar öyrənir. Elə gənc müğənni olar ki, mən də ondan öyrənərəm. Mənim müəllimlik etməyə vaxtım yoxdur. Kimsə xahiş edir, 2 ay nəsə öyrədib yola salıram”.