"Oskar"lı aktyorun nəvəsi öldürüldü

"Oskar"lı aktyorun nəvəsi öldürüldü
2076 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar"lı aktyor Morqan Frimanın ögey nəvəsi öldürülüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyorun 33 yaşlı ögey nəvəsi E Dana Haynsın "şeytan çıxartma" mərasimində öldürüldüyü iddia edilir.

E Dananın meyiti Manhettendəki yaşadığı binanın önündə tapılıb. Onun bir neçə bıçaq zərbəsi ilə öldüyü dəqiqləşib. Qızın keçmiş sevgilisi tərəfindən öldürülməsi ehtimalı da var. Polis Haynsın dini fanatik olan sevgilisini binanın pilləkənlərində qorxmuş halda "şeytan qovalarkən" saxlayıb. O, "Həzrəti İsa doğuldu" deyə qışqırırmış.

30 yaşlı şübhəli psixiatrik xəstəxanaya aparılıb.

Qeyd edək ki, Frimanın ilk həyat yoldaşı Canet Adair Bradşaunun nəvəsi olan Haynsı aktyor ikinci həyat yoldaşı Mirna Kolleylə böyüdüb.