"Mən də insanam, problemlərim var" - Nigar Camal

"Mən də insanam, problemlərim var" -  Nigar Camal
3821 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” qalibi Nigar Camal “Səhər zəngi” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni pul yığa bilməməkdən şikayətlənib:

“Pul yığmaq çətindir. Onu xərcləmək daha asandır. Məndə pul toplamaq alınmır. Həmişə pul xərcləməyə yer tapıram. Sadə həyatı sevirəm. Özümün və övladlarımın xoşbəxt olmasını istəyirəm. Ailəm üçün yaşayıram. Kiməsə acıq verim, mən daha gözələm, çantam səninkindən bahadır hallar mənlik deyil. Brendi, göstərişi sevənlər kompleksli insanlardır”.

N.Camal sosial şəbəkədə ünvanına yazılan tənqidlərə də cavab verib:

“Yazanların şərhlərini oxuyurum, sonra açıb profillərinə baxıram ki, nə gündədir. Başa düşmürlər ki, onların mənfi fikirlərini oxuyanda mənim həyatımda heç nə dəyişmir. Bir şəkil paylaşan kimi adama bəxtəvərçilik verirlər. Mən də insanam, problemlərim var. İnternetdə hamı ürəkli olur. Heç üz-üzə gəlsək, bu sözləri deməyə cürət etməzlər. Söyüş yazanları isə qara siyahıya atıram”.